Son zamanlar səhnə geyimləri, klipi və fotoları ilə gündəm olan Gülşen ötən gün görüntülənib.
OLAY yazır ki, bir məkanda yemək yedikdən sonra modelyer Hakan Yıldırımın emalatxanasına gedən məşhur pop sənətçisi onu lentə alan jurnalistlərin suallarını cavablandırıb.
Gülşen tənqidlərlə bağlı sualları belə cavablandırıb: “Mən sadəcə işimi görürəm. Konsertlərimi verirəm. Həyatıma davam edirəm. Qarşıda məni inanılmaz konsert sıxlığı gözləyir, onlara hazırlaşıram. Yeni mahnılarımı yazıram. Mənim həyatım bundan ibarətdir”.