Fotosessiya
Fotosessiya

“Kuruluş Osman”ın ssenaristi Bakıdadır

“Kuruluş Osman”ın ssenaristi Bakıdadır

Türkiyənin ATV kanalında yayımlanan məşhur “Kuruluş Osman”ın ssenaristi Mehmet Bozdağ Azərbaycana gəlib. 

OLAY yazır ki, bu barədə sözügedən ekran işində “Gəncəbəy” obrazını canlandıran kikboksçu Zabit Səmədov məlumat yayıb.  

Səmədov instaqramda Bozdağla foto paylaşıb, onun Bakıda olduğunu qeyd edib. 

Qeyd edək ki, Mehmet Bozdağ 2019-cu ildən sözügedən serialın ssenaristidir.