Fotosessiya
Fotosessiya

Sibel Canın 60 minlik boyunbağısı...

Sibel Canın 60 minlik boyunbağısı...

Altı ildən sonra səhnəyə rekord sayda konsert verərək qayıdan müğənni Sibel Canın bahalı boyunbağısı gündəm olub.

OLAY yazır ki, sənətçi bu aksesuarı “Rafi Roy Diamonds” brendindən 35 min dollara, yəni təxminən 60 min manata əldə edib.

Boyunbağı zümrüd və brilliant daşlarından hazırlanıb. Bildirilir ki, boyunbağıda 10 karatlıq Kolumbiya zümrüdü, 15 karat “first class” brilyant var.

Qeyd edək ki, Sibel tez-tez bahalı geyimləri, stili ilə gündəmə gəlir. O, əksər hallarda səhnədə tanınmış brendlərin libaslarını geyinir.