Fotosessiya
Fotosessiya

Boşanandan sonra sevgilisindən danışdı

Boşanandan sonra sevgilisindən danışdı

TV ulduzu Kim Kardaşyan ilk dəfə bir müddətdir sevgili olduğu komediya aktyoru Pete Devidsonla bağlı danışıb. 

OLAY yazır ki, daha əvvəl yeni münasibəti barədə açıqlama verməyən 41 yaşlı Kim verilişində sevgilisi Devidson haqda danışacağını bildirib.

“Devidsonla hələ çəkiliş etməmişik və buna qarşı deyiləm. Heç bir halda kameralardan yayınmırıq. Verilişdə tamaşaçılar necə tanış olduğumuzu, ilk kimin kimə addım atdığını öyrənə bilərlər”,- deyə Kardaşyan vurğulayıb.

Kardaşyanın yeni raliti-şousu isə aprelin 14-də yayımlanacaq.

Qeyd edək ki, bu münasibət haqda ilk dəfə Devidson açıqlama vermişdi. Kardaşyan isə bir neçə gün əvəvl reper əri Kanye Uestdən rəsmən boşanıb.