Fotosessiya
Fotosessiya

Əzələləri ilə diqqət mərkəzində

Əzələləri ilə diqqət mərkəzində

Dünyaca məşhur “Spice Girls” qrupunun üzvü Mel Si sevgilisi Kris Dinqvellə birlikdə dəniz gəzintisində görüntülənib.

OLAY yazır ki, cütlük tətillərini lüks bir qayıqda keçirərkən obyektivlərə tuş gəlib.

49 yaşlı müğənni idmanla formalaşmış qarın əzələlərini nümayiş etdirərək mükəmməl fiziki görünüşü ilə sosial mediada və mətbuatda böyük marağa səbəb olub. Onun “six-pack” adlandırılan qarın əzələləri bir çox izləyicini heyran qoyub.

Mel Si və Kris Dinqvell arasında romantik anlar da diqqətdən yayınmayıb. Cütlük həm günəş vannası qəbul edib, həm də dənizin dadını çıxarıb.

Xatırladaq ki, Mel Si həm musiqi karyerası, həm də sağlam həyat tərzi ilə daim diqqət mərkəzindədir.