“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə ənənəvi olaraq “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib.
OLAY yazır ki, tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev olub.
Tədbirdə il ərzində uğur qazanmış xanım millət vəkilləri, iş adamları, elm və təhsil sahəsində çalışan xanımlar, teleaparıcılar, jurnalistlər, dövlət qulluqçuları, gözəllik sahəsində fəaliyyət göstərən xanımlar mükafat və hədiyyələrlə təltif olunublar.
Mükafat alanlar sırasında News24.az saytının baş redaktoru Ülkər Qasımova və “Liatris Holding”in reklam direktoru Türkan Məmmədli də olub.