Məşhur aktrisa Nərgiz Əliyeva yeni fotosessiyasını təqdim edib.
Olay.az xəbər verir ki, aktrisa bu dəfə dizayner Nisə Əzizova imzalı fotolarını təqdim edib. Onun şəkillərinin müəllifi Tural Həsənzadədir.
Aktrisa yeni layihəsindən danışıb: “Bütün il boyu çalışdım, yeni işlər təqdim etdim. Yeni sezonda İctimai Televiziyada yayımlanacaq “Simurq” serialı ilə tamaşaçı qarşısına çıxacam. Bundan əlavə, yeni bir qısametrajlı film üzərində çalışırıq. Həmçinin, rol aldığım “Vağzalı” adlı komediya filminin premyerasına hazırlaşırıq.
Pandemiya səbəbindən hələ də təqdimatını edə bilməmişik. Bu səbəbdən yay mövsümündə istirahət üçün az vaxtım oldu, avqust ayında özümə və ailəmə diqqət ayıra bildim. Düşündüm ki, yayla vidalaşan bir fotosessiya edim”.
Qeyd edək ki, Nərgiz Əliyeva bir neçə ay bundan əvvəl “Qadın” adlı qısametrajlı layihəsini təqdim edib.