Olay
Olay

“Hər son bir başlanğıc, hər başlanğıc yeni bir səhifə”

“Hər son bir başlanğıc, hər başlanğıc yeni bir səhifə”

"16 il... Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi".


Olay.az  xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə başlayan Afaq xatirələrini bölüşüb:

"Kitab kimi yaşayıram, hər səhifəmdə yolum, izim... Hər səhifədə bir missiyamı tamamladım. Amma hər səhifə sonuna bir xoşbəxt günəşlər əlavə etdim. Hər son bir başlanğıc, hər başlanğıc yeni bir səhifə, hər səhifə yeni bir ümiddir... Üzü Xəzərə addımlayarkən həyat kitabıma yeni gözəlliklər əlavə edəcəyimdən əminəm. Suyun qüdrəti, şəfası və hikməti bitməz: gah ayna olub işığımı paylayacaq, gah xəyallarımı qağayı qanadlarına qaldıracaq. Günəşin su ilə qovuşduğu yerdə yeni hekayə başlayır. Mən və Xəzər - Su kimi gəlirik aydınlatmağa! Bu sahildə sevgi, dostluq və həmişə günəş var. Yeni işlər, fikirlər və yeni nailiyyətlərlə irəli".

Qeyd edək ki, Afaq Gəncəli "Xəzər TV"də işə başlayıb. O, həmkarı Tural Əsədovla birlikdə veriliş aparacaq.