Ötən il türkiyəli memar Cihad Önerlə ailə quran azərbaycanlı model Pərvin Həsənzadə həyat yoldaşının doğum gününü sosial media hesabında təbrik edib.
OLAY yazır ki, əri ilə fotosunu paylaşan sənətçi “Yaxşı ki, varsan, sevgilim! Keçmiş dönüb baxanda anlayıram ki, ən gözəl anlarımı səninlə yaşayıram. Ad günün mübarək!”, - deyə, yazıb.
Qeyd edək ki, cütlüyün toyu İstanbulda Sait Halim Paşa yalısında baş tutmuşdu. Pərvin gecədəki bahalı libasları və zinət əşyaları ilə gündəmə gəlmişdi. Belə ki, gəlinliklərə 48 min lirə, nişan üzüyü üçün 108 min lirə xərclənmişdi. Toyda hədiyyə edilən üzüyün qiyməti isə 204 min lirə idi.
Onu da bildirək ki, P.Həsənzadə bir sıra beynəlxalq dəb və modellik yarışlarında iştirakçı olub, müxtəlif dərəcələrdə qalibiyyət qazanıb.