Fotosessiya
Fotosessiya

63 milyon dollara malikanə aldılar

63 milyon dollara malikanə aldılar

Dünyaca məşhur model Peris Hilton və həyat yoldaşı Karter Reum ilə birlikdə yeni villa alıb.

OLAY yazır ki, onlar aktyor Mark Vahlberqin keçmiş evi, Los-Ancelesdəki Beverly Park malikanəsini təxminən 63 milyon dollara əldə edib.

Təxminən 2.835 kvadrat metr sahəsi olan malikanədə 12 yataq otağı, 20 vanna otağı, basketbol və tennis meydançası, skateboard parkı, 5 qolf sahəsi, sürüşmə zolağı, su slaydlı resort tipli hovuz, şərab və siqaret zirzəmisi, iki mərtəbəli kitabxana, kinoteatr zalı və peşəkar idman zalı mövcuddur.