Fotosessiya
Fotosessiya

CeyLo və Ben 128 milyona malikanə aldı

CeyLo və Ben 128 milyona malikanə aldı

Cennifer Lopez və Ben Aflek cütlüyü uzun müddətdir axtardıqları evi tapıb. 

OLAY yazır ki, məşhurlar “Beverly Hills”də dəbdəbəli bir malikanə alıb. 

Məlumata görə, villanın ümumilikdə 12 yataq, 24 hamam otağı mövcuddur. Bundan əlavə evin basketbol meydançası, tennis kortu, boks rinqi olan idman zalı və spası var. 

Həmçinin həyətində böyük hovuz, malikanənin daxilində 12 maşının yerləşə biləcəyi, xaricində isə 80 avtomobillik qaraj yerləşir.

Mühafizə xidmətinin əməkdaşlarının gecələməsi üçün 2 otaqlı ayrı bir ev də villanın həyətindədir.  Artıq cütlük bu malikanəyə köçməyə başlayıb. 

2018-ci ildə bu villa 135 milyon dollara (230 milyon manat) bazarlansa da, qiyməti 75 milyon dollara (128 milyon manat) qədər düşüb.