Fotosessiya
Fotosessiya

20 ildən sonra ilk dəfə ad gününü ərsiz qeyd etdi - Fotolar

20 ildən sonra ilk dəfə ad gününü ərsiz qeyd etdi - Fotolar

Hollivud aktrisası Cessika Albanın iki gün əvvəl doğum günü olub.

OLAY yazır ki, 44 yaşına qədəm qoyan sənətçi bununla bağlı instaqram səhifəsində diqqət çəkən paylaşım edib.

“Fantastik Dördlük” ulduzu özəl gününü üç övladı və 20 ildən sonra ilk dəfə bu ilin əvvəlində boşandığı Keş Uorrensiz qeyd edib. 

Alba ailə şənliyindən eləcə də uşaqlıq fotolarını izləyiciləri ilə bölüşüb. 

Kadrlarda Cessikanın iki qızı, 16 yaşlı Honor və 13 yaşlı Haven və yeddi yaşlı oğlu Hayeslə birlikdə evdə ad gününü qeyd etdiyi əks olunub.

Uşaqlar hər biri Alba üçün tort hazırlayıblar. Həmin şirniyyatları isə onlar yanan şamlarla masaya düzüblər. 

“Günəş ətrafında növbəti səyahətimə lütf və minnətdarlıqla daxil oluram. Körpələrim, siz mənim ən böyük hədiyyələrimsiniz. Məni ananız olaraq seçdiyiniz üçün təşəkkür edirəm. Bəzən həyatda hər şeyə qapılıram və mükəmməllik axtarışım yorucu olur, buna görə də özümü qəbul etmək və nəzarət etmək ehtiyacını buraxmaq üçün yer açıram. Gələn il hamıya sevgi hiss etməyi arzulayıram. Kiçik qıza (özünü nəzərdə tutur – red.) deyirəm: “Sən təhlükəsiz vəziyyətdə və sevilənsən”” - deyə, C.Alba paylaşımına yazıb. 

Qeyd edək ki, C. Alba və üç övladının atası Keş Uorrenlə 2004-cü ildə “Fantastik dördlük” filminin çəkilişlərində tanış olublar. Prodüser həmin vaxt rejissor köməkçisi işləyib və aktrisa əsas rollardan birini canlandırıb. Onlar 2007-ci ildə nişanlanıb və bir il sonra Beverli-Hillzdə evləniblər. Bu ilin yanvarında cütlüyün ayrıldığı məlum olub.