Fotosessiya
Fotosessiya

Naominin uşaqları və milyonçu “sevgilisi” ilə Maldiv tətili

Naominin uşaqları və milyonçu “sevgilisi” ilə Maldiv tətili

Dünya şöhrətli supermodel Naomi Kempbell övladları və sevgilisi iddia olunan 38 yaşlı səudiyyəli milyonçu prodüser Mohammed Al Turki ilə birlikdə Maldiv adalarına tətilə yollanıb.

OLAY yazır ki, 54 yaşlı podium ulduzu istirahətindən fotoları İnstaqram səhifəsində paylaşıb.

Şəkillərdə Naomi yaxtada və dənizdə pozalar verib. 

Fotolarda podium ulduzu ənənəsinə sadiq qalaraq uşaqlarının üzünü gizlədib. Onlarla istirahətə model Nataşa Poli də gedib. 

Kempbell fotolara “Ailə vaxtı” qısa şərhini yazıb.

Qeyd edək ki, ötən yay aylarında Naomi Kempbell İbizada Məhəmmədlə birlikdə istirahətə yollanmışdı. Cütlüyün uzun müddətdir ki, münasibətdə olduğu bildirilir. Onlar tez-tez sosial şəbəkələrdə fotolar yerləşdirir və birlikdə ictimaiyyət qarşısına çıxırlar. Lakin ikili münasibətlərini rəsmən təsdiqləməyiblər. İlin sonunda Naomi sevgilisi, DJ Rampa təxəllüsü ilə çıxış edən 35 yaşlı Qreqor Sütterlindən ayrılıb.

Naomi Kempbell surroqat anadan dünyaya gələn iki uşaq böyüdür. 2021-ci ildə bir qız, iki ildən sonra isə bir oğlu dünyaya gəlib. Supermodel şəxsi həyatı ilə bağlı açıqlama vermir və hələ də övladlarının atasının kim olduğunu açıqlamayıb.