Rəqqasə Rəna Ağamuradova (Renka) övladı Murad ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi oğlunun xaricə oxumağa getdiyini bildirib.
“Uşağını böyük həyata buraxan ana. Birinci dəfədir yanımdan getdi. Artıq anlayıram ki, uşağım böyüdü və onu buraxmaq vaxtı gəldi çatdı. Çox pisəm, Allah bütün balaları qorusun” – deyə, Renka paylaşımında yazıb.
Qeyd edək ki, Renkanın Muradda savayı Namiliya adlı bir qız övladı da var. Rəqqasə əvvəlki müsahibələrində oğlunun Polşada universitetə daxil olduğunu, amma uzun müddətdir viza probleminə görə oxumağa gedə bilmədiyini açıqlamışdı.