Fotosessiya
Fotosessiya

Papa Fransiskin tabutdakı fotosu müzakirə yaratdı

Papa Fransiskin tabutdakı fotosu müzakirə yaratdı

Sosial şəbəkədə mərhum Papa Fransiskin tabutdakı fotosu müzakirələrə səbəb olub. 

OLAY “Il Messagero” nəşrinə istinadən yazır ki, yayılan fotoda Papanın üzünün sol tərəfində böyük qançır görünüb.

Nevroloq Sabina Antikolinin sözlərinə görə, hematoma tez-tez insult ilə baş verən qismən iflic, yıxılma nəticəsində yarana bilərdi.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Son aylarda pontifik pnevmoniyadan əziyyət çəkib və bir aydan az əvvəl, martın 23-də Cemelli klinikasından evə buraxılıb. Xəstəxanaya yerləşdirildiyi müddətdə Papa dörd dəfə tənəffüs böhranı keçirib. İtaliya mətbuatının yazdığına görə, pontifikin ölümü insult nəticəsində olub.