Hollivud aktrisası Cennifer Eniston saça qulluq brendinin yeni reklam kampaniyasının siması olub.
OLAY yazır ki, 56 yaşlı sənətçi çəkilişlərin pərdə arxasından məqamlarını instaqram səhifəsində paylaşıb.
Eniston dərin dekolteli tünd qırmızı rəngli mini libas və büzməli uzun yaşıl paltar da daxil olmaqla bir neçə obrazda obyektiv qarşısına keçib.
O, geyimlərini tamamlamaq üçün minimalist zinət əşyalarını seçib və makiyajında təbii çalarlara üstünlük verib.