Fotosessiya
Fotosessiya

Puqaçova 76 yaşını belə qeyd etdi - Fotolar

Puqaçova 76 yaşını belə qeyd etdi - Fotolar

Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən, aktyor və yumorist Maksim Qalkin ötən gün doğum günü olan həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, Qalkin instaqram səhifəsində 76 yaşına qədəm qoyan Puqaçovanın ad gününü qeyd etməsinin fotolarını yayımlayıb.

Şəkillərə nəzər saldıqda, şənlik ailənin evinin hovuz kənarındakı verandasında keçirilib və çəhrayı tonlarda bəzədilib: çəhrayı süfrə ilə örtülmüş masanın üzərində müxtəlif çəhrayı çalarlı qızılgül buketləri arasında eyni rəngli şüşələr və şamlar düzülüb. 

Fotolarda Allanın qısa qırmızı geyimdə rəqs etməsi də əks olunub. 

Qeyd edək ki, Alla Puqaçova özündən 30 yaş kiçik Maksim Qalkin ilə 2011-ci ildə ailə qurub. Cütlüyün əkizləri Liza və Harri 2013-cü ildə surroqat ana tərəfindən dünyaya gəlib. 2022-ci ildə cütlük Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata qarşı çıxıb və ailə Rusiyanı tərk edərək İsrailə köçüb.