Fotosessiya
Fotosessiya

Kirkorov üçüncü övlad istəyir

Kirkorov üçüncü övlad istəyir

Rusiyanın Xalq artisti Filipp Kirkorov üçüncü övlad istəyir.

OLAY yazır ki, bu haqda 57 yaşlı sənətçi “Avtoradio”nun keçirtdiyi “Klassika. Duetlər” şousunda iştirakı zamanı media nümayəndələrinin sualları cavablayarkən danışıb. 

Kirkorov artıq 13 yaşlı qızı Alla-Viktoriya və 12 yaşlı oğlu Martini böyüdür, lakin üçüncü dəfə valideyn olmağa qarşı deyil.

“Mən bu yaxınlarda Kostyuşkinin oğlu ilə tanış oldum, onun adı Mirondur. Bu adı çox bəyəndim. Başa düşdüm ki, nə vaxtsa başqa oğlum olsa, onun adını mütləq Miron qoyacağam”.

Kirkorov əlavə edib ki, ən çox sevdiyi qadın adı Viktoriyadır, bu da anasının adı idi.

Qeyd edək ki, Filipp Kirkorov övladları Martin və Alla-Viktoriyanı Dubaya təhsil almağa göndərdiyi məlum olub. Lakin uşaqlar xaricdə çox qalmayıblar. Belə ki, 2024-cü ildə rus pop kralı BƏƏ-dən varislərini götürərək rus məktəblərindən birinə göndərib. Kirkorovun hər iki uşağı surroqat ana vasitəsi ilə dünyaya gəlib.