Dünya şöhrətli supermodel Klaudiya Şiferin qızı, Klementin de Ver Drummond tətilə yollanıb.
OLAY yazır ki, qız dostları ilə cəngəlliyə səyahət edən məşhurun övladı çimərlik geyimində çəkdirdiyi açıq-saçıq fotolarını instaqram səhifəsində yayımlayıb.
“Cəngəllik sadəcə böyükdür!”, - deyə Klementin yazıb.
İzləyicilər şəkildə Drummondun sinəsini nümayiş etdirməsini tənqidlə qarşılayıblar.
Qeyd edək ki, Klementin de Ver Drummond 2002-ci ildən evli olan 90-cı illərin məşhur supermodeli Klaudiya Şiffer və prodüser Metyu Vonun böyük qızıdır. Cütlüyün daha iki övladı var: 21 yaşlı oğlu Kaspar və 14 yaşlı qızı Kosima.