Hollivud aktyoru Çenninq Teytum yeni görünüşü ilə görənləri təəccübləndirib.
OLAY yazır ki, 44 yaşlı kinoulduzu instaqram səhifəsində güzgü önündə çəkdiyi yarıçılpaq fotolarını yayımlayıb.
Şəkillərdən birində Teytum indiki çəkisində yəni 92 kiloqramda, digəri isə 106 kiloqramda göstərir.
Aktyorun kökəlməsinə səbəb “Jozefina” filmindəki rolu olub.
“Genetikama görə çox minnətdaram. Aşpazıma, dietoloquma minnətdaram. Məşqçimə minnətdaram. Sən olmasan, formamı bu qədər kəskin dəyişə bilməzdim. Amma daha yağlı birisini canlandırmayacağam (gülür). Bu, bədəni çox yükləyir və arıqlamağı çətinləşdirir. Amma bu şəkillərə baxanda insan bədəni heyrətə gətirir”, - deyə Çenninq yazıb.