Fotosessiya
Fotosessiya

Vinsent Kassel sevgilisi və oğlu ilə belə dincəlir

Vinsent Kassel sevgilisi və oğlu ilə belə dincəlir

İtayan kinematoqrafiyasının ulduzu 58 yaşlı Vinsent Kassel sevgilisi, 29 yaşlı model Nara Baptista və oğulları Kaetano ilə birlikdə Kurşevelə tətilə yollanıb. 

OLAY yazır ki, istirahətə Vinsentin Monika Belluççidən olan qızı Deva da gedib.

Bununla bağlı Baptista instaqram səhifəsində fotolar paylaşıb.

Şəkillərdə Nara tək, oğlu qucağında, ərinin yanında pozalar verib. O, həmçinin qarlı mənzərələrdən bir neçə kadr əlavə edib.

Baptista fotolara “Qarda olan ailə” qısa şərhini yazıb. 

Qeyd edək ki, Vinsent Kassel və Nara Baptista yanvarın 7-də valideyn olublar. Bu, Naranın ilk övladı, fransız aktyorun isə ilk oğludur. Ondan başqa, Vinsentin artıq üç qızı var: Monika Belluççidən Deva və Leoni və Tina Kunakeydən Amazoni.