Dünyaca məşhur supermodel Bella Hadid Paris Moda Həftəsi çərçivəsinin sonuncu günündə “Saint Laurent” markasının şousunda iştirak edib.
OLAY yazır ki, 28 yaşlı model və moda evinin səfiri podiuma tünd göy rəngli krujevalı libasda çıxıb.
Xatırladaq ki, Bella podiuma nadir hallarda çıxır və onun podiumda sonuncu görünüşü ötən ilin oktyabrında “Victoria's Secret” şousunda olub.
Qeyd edək ki, 2023-cü ildə ulduz “Laym” xəstəliyinin kəskinləşməsi səbəbindən fasilə verib. Elə həmin ilin payızında onun Adan Banuelosla yeni romantikası məlum olub. Bundan əvvəl Bella iki il art-direktor Mark Kalmanla münasibətdə olub, indi onun model Mona Tuqardla yaxın olduğu şayiələr var.