Dünya şöhrətli fələstin əsilli supermodel Bella Hadid uzun fasilədən sonra yenidən podiuma qayıdıb
OLAY yazır ki, “Laym” xəstəliyinin simptomları ilə uzun mübarizədən sonra Bella Hadid nəhayət və dönməz şəkildə moda dünyasına geri qayıdıb.
Hadid iki ildən sonra ilk dəfə Paris Moda Həftəsinin podiumunda addımlayıb.
Bella “YSL” brendinin yaz kolleksiyası şousunda iştirak edib.
Model kişi kostyumunu xatırladan geyim geyinib. Bella podiumda gözəl qaməti və şıq duruşu ilə görənləri özünə heyran qoyub.