Hollivud aktyoru Ben Afflek və onun keçmiş həyat yoldaşı, həmkarı Cennifer Qarnerdən olan 13 yaşlı oğlu Samuel ilə dialoqu gündəm olub.
OLAY yazır ki, idman ayaqqabısı şousunu ziyarət zamanı Samuel atası Bendən dəyəri 6000 dollarlıq olan bir modeli almasını istəyib.
Afflek digər qonaqların qarşısında oğluna “Onları bəyənirsən, çünki bahalıdır” deyib.
Onun bu sözlərinə Samuel “Xeyr, mən həmişə deyirdim ki, onlar gözəldir!” söyləyərək etiraz edib.
Valideyn isə övladına pul qazanmaq üçün qazon biçməyi təklif edib.
Ata və oğul tədbiri bir neçə ayaqqabı qutusu ilə tərk ediblər, lakin onların arasında həmin idman ayaqqabısının olub-olmadığı məlum olmayıb.
“Access Hollywood” nəşrinə müsahibəsində Ben həmin hadisəni belə şərh edib:
““Sənə 1000 dollarlıq ayaqqabı lazım deyil” deyirəm. Oğlum isə cavabında “Amma bizim pulumuz var” dedi. Mən də ona “Mənim pulum var, sənin isə yox”. Ancaq biçilməsi lazım olan o qədər çox qazon var. Uşağınızdan çəmən biçməsini tələb edəndə belə olur. 1000 dollarlıq idman ayaqqabısı birdən lazımsız oldu”.
Sosial şəbəkə əhli Qarnerdən iki qızı olan Affleki sözügedən olayda dəstəkləyiblər.