İngiltərə şahzadəsi Harrinin xanımı Meqan Marklın ötən il müsahibələrinin birində geyindiyi paltar “2021-ci ilin libası” seçilib.
OLAY yazır ki, Meqanın şahzadə ilə birgə qonaq olduğu Oprah Uaynfreyin verilişində geyindiyi libas İngiltərədə yerləşən “Dəb muzeyi”nə qoyulub.
40 yaşlı keçmiş aktrisanın paltarı “Armani” brendindəndir. Geyim seçmək üçün dəvət edilən “Dazed” jurnalının yazarları İbrahim Kamara və Qeyrt Rayton bu ipək, qara paltarın hazırkı stillərdən fərqli olduğunu, ona görə sevdiklərini söyləyib.
Qeyd edək ki, Meqan sözügedən müsahibədə kral ailəsi ilə bağlı qalmaqallı açıqlamalar vermişdi.