Fotosessiya
Fotosessiya

Xalq artisti boşandığı xanımının oğlu ilə bir arada

Xalq artisti boşandığı xanımının oğlu ilə bir arada

Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə bir araya gəlib.

OLAY yazır ki, sənətçi onunla birgə Romada gəzinti zamanı çəkilən fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Eyzavov həmin şəkillərə “Mənim balaca böyük oğlum” şərhini yazıb.

Yusif və Anna bir neçə gün əvvəl Romanın məşhur opera səhnələrinin birində birlikdə çıxış ediblər.

Qeyd edək ki, Anna və Yusif ötən ilin iyununda rəsmən boşandığını açıqlayıb. Cütlük 10 il ailəli olsa da övladı olmayıb. Annanın ilk evliliyindən isə Tiyaqo adlı bir oğlu var. Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.