Əslən Azərbaycandan olan məşhur aktrisa Nəsrin Cavadzadənin aktyor sevgilisi Gökhan Alkan “GQ Türkiye” jurnalının siması olub.
OLAY yazır ki, dərgi üçün müxtəlif obrazlarda pozalar verən sənətçinin şəkillərni Muge Yorulmaz Guven lentə alıb.
“Mən dəyişirəm və özümü tapmağa çalışıram. Düşünürəm ki, həyatım bu mübarizə ilə keçəcək. Heç vaxt məşhur olmaqda maraqlı olmamışam. Onu da deyim ki, kim olmağımızdan, nə etdiyimizdən asılı olmayaraq, nə özümüz, nə də başqalarına qarşı oynamamalıyıq”,- deyə G. Alkan nəşrə müsahibəsində bildirib.