Dünya şöhrətli keçmiş futbolçu Devid Bekhem illər əvvəl aldığı zədədən söz açıb.
OLAY yazır ki, “Los Anceles Qalaksi”də çıxış edən idmançı kürəyindən zədə alıb və səhv müalicənin qurbanı olub.
“Oyundan sonra ağrılarım oldu, müayinədən keçdim, amma məndə heç bir problem tapmadılar. Mən təkid etdim ki, orada nəsə səhvdir, hiss etdim. Ona görə də mənə dərman verdilər və getdim. Bu, pis bir dərman idi”, - deyə Bekham vurğulayıb.
Bu zədədən sonra Devid idman dünyasını tərk etməli olub. Belə ki, 2013-cü ildə o, futbolu tərk edib.
Bekhemin sözlərinə görə, bu zədə hələ də onu təqib edir. David hələ də bu günə qədər bel ağrısını yaşayır. Sağlamlığını qorumaq üçün futbolçu hər gün idman zalında məşq edir.
“Karyeramın sonuna yaxın axilles vətərimdən ciddi zədə aldım, lakin bu, qopmasına baxmayaraq, indi məni narahat etmir. Əslində, ən çox belim və sol omba hissəm ağrıyır”, - deyə Devid qeyd edib.