Fotosessiya
Fotosessiya

Kemeron Diaz ilk dəfə oğlu ilə görüntüləndi

Kemeron Diaz ilk dəfə oğlu ilə görüntüləndi

Hollivud aktrisası Kemeron Diaz ilk dəfə bir yaşlı oğlu Kardinalla ictimaiyyət arasında görüntülənib.

OLAY yazır ki, paparatsiyalar 52 yaşlı sənətçi övladı ilə avtomobil dayanacağında yaxalayıb.

Diaz gəzinti üçün qara şalvar və uyğun papaq, eləcə də boş ağ köynək seçib. Aktrisa, oğlunu qucağında avtomobilinə qədər aparıb.

Qeyd edək ki, Kemeron Diaz və Benci Madden 2015-ci ildə evləniblər. Surroqat anadan doğulduğu haqda şayiələr yayılan Kardinaldan başqa, cütlüyün beş yaşlı Raddiks adlı böyük qızı da var. Kemeron Maddenlə evlənməzdən əvvəl Cared Leto, Castin Timberlake və Cennifer Lopezin keçmiş əri, beysbolçu Aleks Rodrigeslə münasibətdə olub. 

Toydan sonra planetin ən gözəl qadınlarından biri kimi tanınan Diaz peşəsini tərk etdiyini və bütün diqqətini ailəsinə yönəltmək niyyətində olduğunu açıqlayıb. Yalnız bu yaxınlarda, 10 illik fasilədən sonra aktrisa, uşaqları ilə keçirdiyi vaxtın həyatında ən yaxşı vaxt olduğunu qeyd edərək, karyerasını bərpa etdiyini açıqlayıb.