Fotosessiya
Fotosessiya

CeyLodan boşanan Ben yeni qadınlarla görüşməyə başlayıb

CeyLodan boşanan Ben yeni qadınlarla görüşməyə başlayıb

Hollivud aktyoru Ben Afflek keçmiş həyat yoldaşı dünya şöhrətli pop ulduz Cennifer Lopezdən boşandıqdan sonra yeni qadınlarla görüşməyə başlayıb.

OLAY “People” nəşrinə istinadən yazır ki, cümə günü boşanmaları rəsmən yekunlaşan cütlük ayrı-ayrılıqda yenidən şəxsi həyatlarını qurmağa cəhd edirlər.

Mənbənin nəşrə verdiyi açıqlamada, aktyorun artıq yeni münasibətə hazır olduğunu bildirib:

“Benin təsadüfi görüşdüyü qadınlar var. Amma görünür, bu, indi onun üçün prioritet deyil. O, çəkiliş olmayanda əsas zamanını ofisində keçirir. Qalan vaxtlarda aktyor varisləri ilə vaxt keçirir. 12 yaşlı kiçik oğlu Samuelə xüsusi diqqət yetirir”.