Bir neçə gün əvvəl mədə ağrılarına görə xəstəxanaya yerləşdirilən dünya ulduzu Şakiradan xəbər var.
OLAY “thevoicemag.ru” nəşrinə istinadən yazır ki, xəstəxanadan çıxaraq hotelə yollanan 48 yaşlı sənətçi paparatsiyaların obyektivinə tuş gəlib.
Şakiranın özünü yaxşı hiss etməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Şakira Perunun paytaxtı Limadakı xəstəxanaların birinə yerləşdirilmişdi. Dünya turnesi çərçivəsində Limada konsert proqramı ilə çıxış etməli olan ifaçı səhhətində yaranan problemlər səbəbi ilə bir müddətlik səhnədən uzaq qalmağa məcbur olub.