Amerikalı komediya ustası və aktyor Pete Devidson 2020-ci ildən bəri bədənindəki təxminən 200 döyməni lazerlə sildirmə prosesinə başlayıb.
OLAY yazır ki, bu qərarın əsas səbəbi, film çəkilişlərində döymələrin örtülməsi üçün tələb olunan uzun makiyaj saatlarından qaçmaq olub. Devidson döymə sildirmə prosesinin etdirməkdən daha ağrılı və çətin olduğunu dəri qatının yandırılması və hər seansdan sonra 6-8 həftəlik sağalma müddətinin tələb olunduğunu bildirib. O, 30 yaşına çatdıqda bütün döymələrini sildirməyi planlaşdırdığını qeyd edib.
Devidson “Reformation” moda markasının Sevgililər Günü kampaniyasında iştirak edərək, döyməsiz bədənini nümayiş etdirib. Bu kampaniyada o, “rəsmi sevgili” rolunu oynayıb.
Döymə sildirmə prosesinin çətinliklərinə baxmayaraq Devidson bu dəyişikliklərin onun həm şəxsi, həm də peşəkar həyatına müsbət təsir etdiyini vurğulayıb.