Fotosessiya
Fotosessiya

Kanye arvadı Biankanı döyür? - Açıqlama!

Kanye arvadı Biankanı döyür? - Açıqlama!

Dünya şöhrətli repçi və iş adamı Kanye Uest (Ye – yeni adı) həyat yoldaşı Bianka Sensorini döyməsi ilə balı çıxan xəbərlərə münasibət bildirib. Bununla bağlı söz-söhbətlər Kanyenin bir neçə gün əvvəl Bianka haqqında “Xanımıma hakim oluram” açıqlaması olub.

OLAY yazır ki, sözügedən qalmaqallı məsələni yumuşaltmaq üçün Uest mətbuat katibi Milo Yiannopulosu media ilə əlaqələndirib.

Milo “Hollywood Reporter” nəşrə açıqlamasında musiqiçinin həyat yoldaşına fiziki təzyiq göstərməsi ilə bağlı xəbərlərin heç bir əsası olmadığını deyib.

“Biankanın döyülməsi ilə bağlı söhbətlər isterik və absurddur”, - deyə Kanyenin mətbuat katibi vurğulayıb.

O, həmçinin qeyd edib ki, Uest Sensorini heç bir şəkildə manipulyasiya etmir, onu ictimai yerlərdə soyunmağa məcbur etmir və ümumiyyətlə, o, geyindiyi və gördüyü işlərə görə məsuliyyət daşıyır.

“Geyiminə görə məsuliyyət daşıyan adam var. Bu şəxs əvvəllər “Yeezy” (Kanyenin şəxsi brendi) üçün işləyirdi. Bu şəxsin adı Bianca Censori-dir”, - deyə Yiannopulos qətiyyətlə fikirlərini ifadə edib.