Bir neçə gün öncə vəfat edən müğənni Ferdi Tayfurun sərvəti hər kəsi təəccübləndirib.
OLAY yazır ki, sənətçinin övladlarına qalan mirası açıqlanıb.
Belə ki, onun Adanada 50 mənzil, İstanbulda 6 villa, 30 mənzil olmaqla 86 daşınmaz əmlakı var.
Bundan əlavə, o, Marmarisdə bir yarımadanın və müxtləlif mülklərin sahibidir. Həmçinin gəzinti üçün bir yaxtası olan Tayfurun tikinti sahəsində də yatırımları mövcuddur.
Bu mirasın sənətçinin uşaqları arasında necə bölüşdürüləcəyi isə maraqla qarşılanır.