Fotosessiya
Fotosessiya

Özünü belə təbrik etdi

Özünü belə təbrik etdi

“İctimai” televiziyanın aparıcısı Azər Süleymanlının doğum günüdür.

OLAY yazır ki, televiziya ulduzu bununla bağlı instaqram səhifəsində paylaşım edib.

38 yaşına qədəm qoyduğunu yazan televiziya ulduzu özünü bu sözlərlə təbrik edib:

“38-ci səhifə… İllərdir ki, doğum günümü efirdə, çəkilişdə, səhnədə keçirirəm. Bu gün də günün sonunadək “Səs Azərbaycan”ın çəkilişindəyəm. Təbriklərinizə - zənglərinizə, rəylərinizə, mesajlarınıza vaxtında reaksiya verə bilməyəcəyimə görə indidən üzr istəyirəm. Sizi çox istəyirəm!”.

Qeyd edək ki, Azər Aydan adlı xanımla ailəlidir. Onların Oğuz adlı bir oğlan və ötən ilin dekabrın 18-də dünyaya gələn Layla adlı bir qızı var.