Fotosessiya
Fotosessiya

“Məndə qalan yeganə şey sol ombamdır”

“Məndə qalan yeganə şey sol ombamdır”

Bu ilin payızında ağır infeksiya səbəbi ilə əməliyyat olunan və görmə qabiliyyətinin ciddi şəkildə zədələndiyini etiraf edən dünya pop səhnəsinin əfsanəvi ulduzu Elton Con açıqlaması ilə sevənlərini kədərləndirib.

OLAY yazır ki, 77 yaşlı sənətçi sağlamlığı ilə sınağa çəkildiyi və səhhətinin ağır olduğunu bildirib.

“Düzünü desəm, məndə çox şey qalmayıb. Orqanizmimdə badamcıqlar, adenoidlər yoxdur. Eləcə də prostatım da yoxdur”, - deyə, Con vurğulayıb.

Sənətçi sağ ombasını və hər iki dizini itirdiyini söyləməkdən də çəkinməyib:

“Məndə qalan yeganə şey sol ombamdır”, - deyə Elton bildirib.

Müğənni noyabrın əvvəlində qatıldığı verilişlərin birində demək olar ki, görmə qabiliyyətini tamamilə itirdiyi üçün yeni albom üçün mahnılar yaza bilməyəcəyini söyləyib. O bir gözü ilə demək olar ki, heç nə görmədiyini deyib.