Dünya pop səhnəsinin ulduzu Britni Spirs gözlənilməz addım atıb.
OLAY “E! News” nəşrinə istinadən yazır ki, sənətçi ani qərarla paparatsiyaların təqiblərindən Meksikaya köçüb.
Bu yolla pop ulduz jurnalistlərin özünə olan həddindən artıq diqqətindən qurtulmaq istəyir.
“Bu, həqiqətən də mənim hisslərimi incidir” deyən müğənni bütün həyatı boyu jurnalistlərin özünə qarşı sərt münasibətinə dözdüyünü və buna son qoymaq istədiyini bildirib.
Britni bir neçə gün əvvəl “Kabo San Lukas” hava limanında - elə müğənninin ad günündə paparatsiyaların obyektivinə tuş gəlib.