Hollivud aktyoru Bred Pitt 61 yaşını keçmiş həyat yoldaşı Ancelina Coli ilə övladları olmadan keçirəcəyinə kədərlənib.
OLAY yazır ki, sənətçi nə qış tətilində, nə də öz ad günündə (aktyorun 18 dekabrda 61 yaşı tamam olacaq) övladlarını görə bilməyəcək.
Buna səbəb Ancelinanın qərarlarıdır.
“Page Six” nəşrinin məlumatına görə, Coli uşaqlara Pittin özəl günündə atalarının yanında olmağı qadağan edib və onları ona qarşı çevirib.
Buna görə Pitt özünü çox pis hiss edir. O, həqiqətən də varisləri üçün darıxır və onlara daha yaxın olmaq ehtiyacı hiss edir. Ürəyi parçalanır və bayramların əyləncəli keçəcəyinə ümidi azdır.
Aktyorun fikrincə, bu Milad onun üçün əvvəlki kimi olmayacaq.