Fotosessiya
Fotosessiya

“Özüm kimi, sözüm kimiyəm!”

“Özüm kimi, sözüm kimiyəm!”

Müğənni Günay İbrahimli yeni fotoları ilə izləyicilərin diqqətini özünə çəkib.

OLAY yazır ki, sənətçi instaqram səhifəsində “Mən beləyəm” adlı layihəsinin bir hissəsi olan fotosessiyasından bir neçə şəkillərini paylaşıb.

Süni intellektlə hazırlanan həmin fotolardan birində İbrahimli gümüşü atın üzərinə çıxıb.

Günay sözügedən şəkilə “Bir çox canlıdan fərqli olaraq atların yuxularını rəngli formada gördüyü ortaya çıxıb. Əslinə qalsa həyata rəng qatan elə özümüzük. Qara olmağa nə var ki? Özünü rəngli, hamını qara görmək. Çalışın rəngarəng olun” sözlərini yazıb.

Tarixi fransız üslubunda çəkdirdiyi növbəti görüntüsünə sevilən estrada ulduzu “Gündəlik yaşamımda yox amma yaradıcılıqda obrazdan obraza keçməyi sevirəm. Bəzən zamanda səyahət edirəm, bir də gözümü açıram ki, 1700 lərdəyəm. İnsanlar daha saf, daha təmiz, daha özləridi. Gəlirəm 2024-ə. Başa düşürəm ki mən özüm kimiyəm sözüm kimiyəm! Mən beləyəm!” şərhini yazıb.