Fotosessiya
Fotosessiya

“Muhteşem Yüzyıl”ın “Mihrimah”ı illər sonra...

“Muhteşem Yüzyıl”ın “Mihrimah”ı illər sonra...

“Muhteşem Yüzyıl” serialında “Sultan Süleyman” və “Hürrem”in qızı “Mihrimah”ın balacalığını canlandıran Melis Mutluç illər sonra üzə çıxıb.

OLAY yazır ki, Melis “Kim Milyoner Olmak İster” yarışmasına qatılıb.

Proqramda özündən bəhs edən 21 yaşlı M.Mutluç İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsinin 3-cü kurs tələbəsi olduğunu açıqlayıb.

Melis, 300 min lirə dəyərində tarix sualından geri çəkilərək 200 min lirə ilə verilişdən ayrılıb.

Qeyd edək ki, Melis Mutluç “Yol Arkadaşım” adlı serial ilə aktyorluq karyerasına başlayıb.