Fotosessiya
Fotosessiya

Van Dammın oğlu atası kimi karateyə başladı

Van Dammın oğlu atası kimi karateyə başladı

Dünya şöhrətli Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. O, valideyninin yolunu davam etdirmək qərarına gəlib.

OLAY yazır ki, Kristofer karate idman növü ilə məşğulliyyətinin görüntülərini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Fotolarda aktyorun oğlunun yarıçılpaq halda göstərdiyi biri-birindən fərqli fəndlər əks olunub. 

Kristofer paylaşdığı həmin şəkillərə “Onlar müqayisə edəcəklər, mən yox. Özünüz üçün təmələ qayıdın və yenidən qurun” şərhini yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm 10 yaşından başlayaraq karateyə gedib 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanıb.16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başlayıb. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olub. Ulduz çəkildiyi bir çox döyüş filmlərində karate idman növünün dərinliklərini və sahib olduğu bilikləri tamaşaçıya ötürüb.