Fotosessiya
Fotosessiya

Britni və Semin boşanma prosesinin təfərrüatları üzə çıxdı

Britni və Semin boşanma prosesinin təfərrüatları üzə çıxdı

Dünya şöhrətli pop ulduz Britni Spirsin son evliliyi cəmi 14 ay davam edib. Mart ayında sosial mediaya təxminən 6 ildir birlikdə olan Britni Spirs və Sem Asqarinin boşanma xəbərləri sızdı. Cütlüyün boşanmasının səbəbi müğənninin qeyri-sabit vəziyyəti olub. Boşanma prosesi onların evliliyindən də uzun yəni il yarım davam etdi. Bu gün Britninin 43-cü ad günündə onun artıq rəsmi olaraq subay olduğu üzə çıxıb.

OLAY “TMZ” nəşrinə istinadən yazır ki, Britni, Sem ilə nikahdan əvvəl müqavilə bağlayıb.

Belə olan təqdirdə bu, Sem qarşı tərəfdən heç bir mülk və ya hansısa məbləğ ala bilməyib.

Ayrıldıqdan bir neçə ay sonra isə Spirsin keçmiş sevgilisinin yaşadığı mənzilinin kirayə haqqını ödədiyi məlum olub.

Qeyd edək ki, Britni Spirs və Sem Asqari çəkiliş meydançasında tanış olublar və 2016-cı ildən görüşməyə başlayıblar. O zaman müğənni atasının himayəsində olub. Britni ilə münasibəti zaman Asqarinin karyerası yüksəlib. 2022-ci ildə onlar evləniblər, lakin evlilikləri 14 ay davam edib. Cütlüyə yaxın mənbənin sözlərinə görə, Spirs çoxdan Asqari ilə münasibətindən narazı olub və onunla mehriban şəkildə ayrılmağa qərar verib. İddialara görə, boşanma səbəbi Britninin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə xəyanət etməsi olub. Asqaridə bunu təsdiqləyən görüntülər də olub. İnsayderlər, həmçinin bildiriblər ki, Sem vaxtaşırı ona əl qaldıran Britninin xoşagəlməz davranışından qorxub.