Rusiyanın məşhur repçisi və iş adamı Timati (əsl adı Timur İldaroviç Yunusov) dodaq uçuqladan məbləğə rəsm əsəri alıb.
OLAY yazır ki, bu haqda sənətçi və sahibkar instaqram səhifəsində məlumat yayıb.
Rəsm əsərinin 578 min avroya aldığı məlum olub.
Timati Oleq Tselkovun 1988-ci ildə Vladey rus incəsənət auksionunda “Topla olan uşaq” əsərinə sahiblənib.
“Mən bu işin səviyyəsini şəxsən görənə qədər başa düşə bilmədim, o zaman bu fürsəti əldən verməyəcəyimi bildim, gəldim, gördüm və öz-özümə dedim: “Sən mənim olacaqsan və nöqtə” – deyə Timati aldığı rəsm əsəri ilə bağlı paylaşımında yazıb.