Rus əsilli dünya şöhrətli supermodel İrina Şeyk anası Olqa Şeyxlislamova ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, 38 yaşlı podium ulduzu valideynini “Analar günü” münasibəti ilə təbrik edib.
Şeyk anası ilə birgə lentə alınan arxiv fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, İrina Şeyk (Çelyabinsk vilayətinin Yemanjelinsk kiçik şəhərində musiqi müəllimi və mədənçi ailəsində anadan olub. Modelin atası 2000-ci ildə, İrinanın 14, bacısı isə 13 yaşında olarkən ağciyər xəstəliyindən vəfat edib.
Olqa qızlarını dolandırmaq üçün iki işdə işləməli olub. 2004-cü ildə yerli gözəllik müsabiqəsində qalib gəldikdən sonra İrina modellik karyerasına başlayıb və bir müddət sonra dəb aləminin ən uğurlu və axtarılan model ulduzlarından birinə çevrilib.
2010-2015-ci illərdə Şeyk futbolçu Kriştiano Ronaldo ilə münasibətdə olub. Onunla ayrıldıqdan sonra İrina Hollivud aktyoru Bredli Kuperlə münasibət qurmağa başlayıb. 2017-ci ildə cütlüyün Lea adlı qız övladı dünyaya gəlib. İki il sonra onlar ayrıldıqlarını elan ediblər. Lakin keçmiş cütlük dostluq münasibətlərini qoruyaraq birlikdə qızlarını böyüdürlər.