Fotosessiya
Fotosessiya

Məhkəmə qərar verdi- 167 min ödəyəcək

Məhkəmə qərar verdi- 167 min ödəyəcək

Türkiyənin məşhur aktrisası Ceren Hindistan və aparıcı-müğənni Lerzan Mutlu arasındakı məhkəmə çəkişməsi başa çatıb.

OLAY yazır ki, Ceren sosial şəbəkədə Lerzanı təhqir etdiyi üçün 160 min TL təzminat ödəyəcək. Həmçinin o, Cerenin üzr istəmədiyini qeyd edərək 7 min lira mənəvi təzminat verilməsinə də nail olub. 

Qeyd edə ki, Lerzan Mutlu bir müddət aparıcılıq etdiyi “Söylemezsen Olmaz” verilişində Ceren Hindistanın iş adamı Ümit Aslanla dini evliliyini tənqid etmişdi.

Ceren isə instaqramda post paylaşaraq aparıcını fahişə adlandırmışdı.