Aparıcı Murad Əzimzadə həyat yoldaşı Müjganla bağlı paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, televiziya ulduzu instaqram səhifəsində xanımı ilə çəkdiyi selfisini yayımlayaraq onun doğum günü olduğunu vurğulayıb.
Əzimzadə həyat yoldaşını bu sözlərlə təbrik edib:
“Çiynim həmişə qoluna, əlinə, üzünə yerlik etsin, birgə qocalıb, çoxlu belə şəkillər çəkdirməyə bəhanəmiz, hissimiz, həvəsimiz qalsın.
Sağlam və xoşbəxt illərə, yaxşı ki, varsan! Doğum günün arzularımızı daha da yaxınlaşdırsın! Sevirəm”.
Qeyd edək ki, Murad və Müjgan cütlüyünün Atilla adlı bir övladı var.