Britaniya kralı III Çarlzın və Şahzadə Uilyamla həyat yoldaşı, Uels şahzadəsi Keyt Middltona məxsus Vindzor qəsrindəki iqamətgah qarət olunub.
OLAY yazır ki, maskalı şəxslər iqamətkahın ərazisinə daxil olaraq iki avtomobil oğurlayıblar.
Oğrular hadisə yerindən qaçmağa müvəffəq olublar.
Bildirilib ki, onlar nəqliyyat vasitələrinin harada saxlanıldığı haqda əvvəlcədən məlumatlı olub və bu hadisəni törətməzdən əvvəl bir müddət qala ərazisini izləyiblər.
Kral ailəsinin nümayəndələri baş verən hadisəni şərh etmək istəməyiblər.
Hadisə zamanı Kral Şotlandiyada, Kraliça Kamilla Hindistanda kurortda olub.