Müğənni Sevda Yahyayeva həyat yoldaşı, həkim - genetik Zakir Bayramovla birlikdə artıq bir həftədir ki, Amerika Birləşmiş Ştatlarına yollanıb.
OLAY yazır ki, okeanın o tayına səfər edən cütlük bu dəfə yolunu Kaliforniyanın San-Fransisko şəhərindən salıb.
Bununla bağlı Yahyayeva instaqramda məlumat yayıb.
Sevda şəhərin bütün dünyada məşhur olan “Qızıl qapı” adlanan körpü önündə çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün Ayla və Aida adlı iki qız övladı var.