Aktrisa Fahriye Evcen sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, həyat yoldaşı Burak Özçivitlə Strasburqa gedən sənətçinin fotoları tənqid olunub.
Kürklə kamera qarşına keçən Fahriyeye irad bildiriblər. Hər şəkildə bahalı kürkünü və çantasını nümayiş etdirən aktrisa illər əvvəl oynadığı “Yaprak dökümü” serialındakı Necla obrazına bənzədilib.