Fotosessiya
Fotosessiya

Kayli sevgilisi ilə belə görüntüləndi

Kayli sevgilisi ilə belə görüntüləndi

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner aktyor sevgilisi Timoti Şalame ilə münasibətlərini saxlamaqda davam edirlər.

OLAY yazır ki, uzun müddətdir ki, cütlük haqqında heç nə eşidilməsə də, ötən gün Nyu-Yorkdakı restoranların birində paparatsiyaların obyektivinə tuş gəlib. 

Çəkilən görüntülərdə ikilinin bir-birinə nəvaziş göstərməsi əks olunub. 

Bundan əvvəl sosial şəbəkədə 27 yaşlı Kayli ilə 28 yaşlı Timoti arasında münasibətlərin yeni səviyyəyə çatdığı barədə məlumatlar yayılıb. 

Bildirilib ki, aktyor artıq sevimlisinə Travis Skottdan olan övladlarını - altı yaşlı Stormi və iki yaşlı Airi böyütməyə kömək edir.

Gizli mənbənin sözlərinə görə, cütlük işlərinin sıx olmasına baxmayaraq, bir-birlərinə vaxt tapmağı bacarırlar.